Demək olar ki, hər bir sistemin ürəyi olan CPU haqqında bilməli olduğunuz məlumatları sizlərlə bölüşmək istədik:
Prosessor deyilən CPU (Central Processing Unit) planşet və masa üstü kompüterlərə qədər bir çox cihazın anakartında xüsusi bir yuvada yerləşən və təlimatları yerinə yetirən bir çipdir.
Prosessorlar -lar milyardlarla mikroskopik tranzistorları tək bir komputer çipinə yerləşdirərək yaradılır.Bu tranzistorlar sisteminizin yaddaşında saxlanılan proqramları işə salmaq üçün lazım olan hesablamalara imkan verir.
Hal-hazırda prosessorlar bir neçə nüvədən ibarətdir ki, bu da eyni zamanda bir neçə təlimat yerinə yetirmək mümkündür.